BDU İLƏ RENMİN UNİVERSİTETİ ARASINDA MEMORANDUM İMZALANIB

23/09/2011

Çinin Renmin Universitetinin rektoru, professor Ji Buxengin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Nümayəndə heyətini BDU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Şəlalə Məmmədova qəbul edib. Görüşdə BDU-nun Konfutsi Mərkəzinin direktoru, Şərqşünasləq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oktay Cəlilbəyli də iştirak edib. Ş. Məmmədova Azərbaycan ali təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetin formalaşması və inkişafı haqqında qonaqlara məlumat verib. Öz növbəsində Ji Buxeng Renmin Universiteti barədə danışıb. Məlum olub ki, adıçəkilən universitetdə azərbaycanlı tələbələr də daxil olmaqla 1600 əcnəbi tələbə təhsil alır. Qonaq Renmin Universitetinin  BDU ilə tələbə-müəllim mübadiləsi etməkdə, birgə tədqiqat layihələrinin reallaşmasında maraqlı olduğunu vurğulayıb. Görüşün nəticəsi olaraq tərəflər arasında Niyyət Memorandumu imzalanıb. Çinli qonaqlar BDU-nun elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, Konfutsi Mərkəzində çin dili və ədəbiyyatını öyrənən tələbələrlə söhbət ediblər. Qonaqlar tələbələrin çin dilinin mənimsəmə səviyyəsindən razı qalıblar.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 23 sentyabr 2011-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!