BDU IV İslam Həmrəyliyi Oyunlarının qalibləri olan yetirmələrini mükafatlandırıb

16/05/2017

Bakı Dövlət Universiteti Elmi Şurasının genişləndirilmiş iclasında rektor, akademik Abel Məhərrəmov IV İslam Həmrəyliyi Oyunlarında  şotokan karate do idman növü üzrə qızıl medal qazanmış universitetin Filologiya, Tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin yetirmələri - Fəridə Abiyeva və Ayxan Mamayevi təbrik edib. Ölkəmizdə ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, “Formula 1” kimi beynəlxalq yarışların, o cümlədən, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini böyük tarixi hadisə hesab edən rektor prezident İlham Əliyevin bu istiqamətdəki uğurlu siyasətindəən bəhs edib. Eyni zamanda Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xüsusi dəstəyi ilə keçirilən “Bakı-2017” İslamiadanın Azərbaycan tarixinə ən möhtəşəm idman bayramı kimi düşdüyünü bildirib. Bu möhtəşəm tədbirdə BDU tələbələrinin istər idmançı, istərsə də könüllü kimi fəaliyyətlərindən bəhs edən akademik Abel Məhərrəmov azərbaycanlı idmançıların yüksək nəticələr göstərdiyini qeyd edib, qızıl medalçılar - Ayxan Mamayev və Fəridə Abiyevanın  uğurları ilə BDU kollektivinin də fəxr etdiyini bildirib, ölkəmizin adını daim zirvələrə ucaltmalarını arzulayıb.

Qaliblərin IV İslam Həmrəyliyi Oyunlarındakı  final görüşlərindən ibarət foto və video-çarx izlənildikdən sonra rektor çempionlara universitetin xatirə hədiyyələrini təqdim edib.

Görüşə görə təşəkkür edən qızıl medal sahibləri hər zaman universitet rəhbərliyinin diqqət və qayğısını hiss etdiklərini bildirərək BDU kollektivinə minnətdarlıq ediblər.

Mətbuat və informasiya şöbəsi, 16 may, 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!