BDU Şimali Sumatera İslam Dövlət Universiteti ilə müqavilə imzalayıb

22/11/2016

İndoneziya Respublikasının Şimali Sumatera İslam Dövlət Universitetinin rektoru, professor Saidurrahmanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Birinci İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə ölkəmizə səfər edən nümayəndə heyətini BDU-da görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, İndoneziya ali təhsil müəssisələri ilə əməkdaşlıqdan bəhs edib.

Rektor, professor Saidurrahman təmsil etdiyi universitet haqqında məlumat verib, BDU ilə əməkdaşlığın hər iki tərəfə fayda verəcəyinə əminliyini ifadə edib.

Təhsil və elm istiqamətində bir çox məsələlərin müzakirə olunduğu görüşdə universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə professor-müəllim və tələbə heyətinin mübadiləsi, birgə tədqiqat işlərinin hazırlanması, konfrans və simpoziumların keçirilməsi və s. kimi məsələlər öz əksini tapıb.

Görüşdə, eyni zamanda, İndoneziyanın ölkəmizdəki səfiri Husnan bəy Fanani, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova da iştirak edib.


Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!