BDU ilə Zigen Universiteti (Almaniya) əməkdaşlığı genişləndirəcəklər

19/06/2013

Bu gün Zigen Universitetinin (Almaniya) Beynəlxalq Əlaqələr Departametinin direktoru Ulrix Eberhard Bakı Dövlət Universitetində (BDU) olub. Qonaqı Elm və İnnovasiyalar üzrə prorektor Aydın Kazımzadə qəbul edərək, ona BDU barədə ətraflı məlumat verib.

Ulrix Eberhard çıxışında Zigen Universitetində 2000 xarici tələbə təhsil aldığını, onların arasında Azərbaycandan 60-70 nəfərin, o cümlədən BDU-dan olduöunu deyib. Zigen Universiteti BDU ilə bağladığı əməkdaşlıq haqqında sazişə əsasən TEMPUS layihəsi çərçivəsində universitetin Tarix Fakultəsi ilə əməkdaşlıq edır.

Səfərin məqsədi isə BDU-nun digər fakültələri ilə əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdir, ilk növbədə Kimya fakultəsi ilə. Bundan başqa, Zigen  Universiteti professor mübadiləsində, BDU tələbələrinin Zigendə magistraturada oxumasında maraqlıdır. Görüşdə Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova iştirak edib.

Mətbuat və İnformasiya şöbəsi, 19 iyun 2013.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!