BDU ilə Vürzburq Universiteti birgə yay məktəbi təşkil edib

01/12/2015

Bakı Dövlət Universitetinin hüquq fakültəsində Avropa hüququnun fundamental elementləri mövzusunda yay məktəbi təşkil edilib. Tədbirdə BDU-nun hüquq fakültəsinin müəllim və tələbələri, Almaniyanın Vürzburq Universitetinin prorektoru, professor Eskard Paxe, professor Kerver, almaniyalı tələbələr, həmçinin Gürcüstandan müəllim və tələbələr iştirak edib. Eyni zamanda, Ticarət hüququ və Əmək hüququ mövzusunda prezentasiyalar təqdim olunub.

Daha sonra Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova BDU haqqında ətraflı məlumat verib və və əcnəbi tələbələrin qəbul qaydaları haqqında prezentasiya ilə çıxış edib. Almaniyanın təhsil sistemi haqqında prezentasiyanı isə Vürzburq Universitetinin prorektoru, professor Ekhard Pahe edib.

Qeyd edək ki, yay məktəbi noyabr ayının 28 başlanıb və dekabr ayının 3 kimi davam edəcək.

Mətbuat və informasiya şöbəsi, 01 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!