BDU ilə USAİD arasında Anlaşma Memorandumu imzalanıb

13/11/2012

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyətini qəbul edib. BDU-nun tarixi, beynəlxalq əlaqələri, qrant və proqramlarda iştirakından danışan rektor Abel Məhərrəmov USAİD-lə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə səmərəli nəticələr verəcəyini qeyd edib. Rektor nümayəndə heyətinə deyib ki, Bakı Dövlət Universitetində  elmin və təhsilin inkişafına göstərdiyiniz qayğıya və dəstəyə görə Sizə minnətdarıq. Bu, bizim ikitərəfli əlaqələrimizə yeni dinamika verəcəkdir.  Biz hüquq təhsilinin keyfiyyətinin yüksəlməsi sahəsində fikirlərinizi, səylərinizi dəyərləndiririk və USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), ABA ROLI (Amerika Hüquqşünaslar Assosiasiyası), Tuleyn Universiteti ilə birgə əməkdaşlığımız çərçivəsində Bakı Dövlət Universitetində yeni və güclü Dəniz və Enerji hüququ üzrə magistr proqramının qurulmasına ümid edirik”. Görüş zamanı Bakı Dövlət Universiteti ilə USAİD arasında davamlı əməkdaşlıq yaratmaq məqsədi ilə anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiya rəhbəri Maykl Qrin imzalayıblar. Anlaşma Memorandumuna əsasən tərəflər yeni magistr proqramının hazırlanması və həyata keçirilməsi, proqramı üzrə yeni fənlərin və tədris planının tərtibi və fakültə üzvləri üçün tədris planının hazırlanması, tədris metodologiyasının istifadə üzrə təlimlərin keçirilməsi istiqamətində birgə əməkdaşlığı bəyan etdilər. Onlar həmçinin yeni magistr proqramı üçün dərs vəsaitlərindən və digər müvafiq materiallardan ibarət kitabxananın qurulmasına başlayacaqdır. Dəniz və Enerji hüququ üzrə magistr proqramı 2 illik tədris proqramı olacaq. Bu proqram tam yeni fənlərdən ibarət olaraq hüququn Azərbaycana daha çox aidiyyəti olan sahələrinə xüsusi diqqət yetirəcək. İlk tələbələrin qəbulu 2013-cü ilin payızında planlaşdırılır. Başlanğıcda proqramın tədris dili ingilis dili olacaq. Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar da iştirak edib. Sonra səfir tələbələrlə görüşüb və onları maraqlandıran suallara cavab verib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 13 noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!