BDU ilə NETZSCH qrupu arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

18/05/2011

Bu gün Bakı Dövlət Universitetində YUNESKO-nun dəstəyi ilə 2011-ci il BMT tərəfindən  elan edilmiş «Kimya ili» çərçivəsində Almaniyanın NETZSCH (Neç) qrupu və həmin qrupa daxil olan “Wesemann İnternetional” (Vezerman) Məhdud Məsuliyyətli Cəmiyyətin istehsal etdiyi cihazlarla tanışlıq məqsədilə seminar keçirilmişdir.

Seminarın açılışında çıxış edən rektor, akademik Abel Məhərrəmov YUNESKO-nun «Kimya ili» çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışıb. Rektor Netzsch (Neç) ailəsinə daxil olan NETZSCH (Neç) qrupu və bu qrupa daxil olan firmaların təkcə Almaniyada deyil, bütün dünyada  istehsal etdiyi malların keyfiyyətinə və səmərəliyinə görə öz əhəmiyyətli yerini həmişə qorumasına diqqət çəkib. Bildirib ki, qrupa daxil olan firmalar tərəfindən istehsal olunan termiki analiz cihazları keyfiyyətə nəzarət və elmi-tədqiqat işlərində, xüsusilə polimer, neft və kimya sənayesində, qeyri-üzvi və tikinti materialları sahəsində, ətraf mühit kimyasında, bərk maddələrin, sulu məhlulların termofiziki xassələrin öyrənilməsi istiqamətlərində yüksək müvəffəqiyyətlə istifadə olunur.

Daha sonra NETZSCH-ın (Neç) Şərqi Avropa üzrə satış meneceri Lex Gersiq, qrupa daxil olan “Wesemann İnternetional” (Vezerman) Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Valentin Fişer, NETZSCH-in (Neç) Azərbaycan təmsilçisi Gülçin Abbaszadə çıxış edərək qrupun istehsal etdiyi malların keyfiyyətindən, qrupa daxil olan firmaların istehsal etdiyi cihazlara olan maraqdan bəhs ediblər.

Qeyd edək ki, seminar iştirakçıları Bakı Dövlət Universiteti kimya fakültəsində olub, bu qrupun və ona daxil olan firmaların isehsalı olan STA-449 F3 Yupiter kütlə – spektrometrlə birləşdirilmiş derivatoqrafın işə salınmasında iştirak edib, onun iş prinsipi ilə tanış olublar.

Sonda onu da qeyd edək ki, seminarda BDU ilə NETZSCH qrupu arasında yeni əməkdaşlıq  müqaviləsi imzalanıb.

Mətbuatvəİnformasiyaşöbəsi, 18 may 2011-ci il.

(Material Azadİnform, Aze.az, SalamNews, 1News.az,  ann.az, news.rambler.ru informasiya agentliyində və xəbər portallarında da yayımlanıb 18 may 2011-ci il)

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!