BDU ilə Karl Universiteti Biologiya fakültələrinin 45 illiyinə həsr olumuş fotosərgi

31/03/2017

Praqanın məhşur Karl Universitetinin Biologiya fakültəsinə məxsus Botanika bağında Bakı Dövlət Universiteti və Karl universitetlərinin biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında foto sərgi təşkil edilib. Fotosərgi hər iki universitetin biologiya fakültəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Tədbirdə Azərbaycanın Çexiyadakı səfirinin müavini Etibar Abdullayev, Karlova Universitetinin prorektoru, professor Peter Volf,  Karl Universitetinin Təbiətşünaslıq fakültəsinin dekanı, professor İrjı Zima, BDU-nun Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və Kimya fakültəsinin dekanı Əbdülsəyid Əzizov öz çıxışlarında universitetlərarası əlaqələrin tarixi və bu günkü vəziyyəti barədə ətraflı məlumat veribər.

Sözügedən sərgidə Azərbaycanın flora və faunası, milli təbii qoruqları, ölkəmizin təbiətininəsrarəngiz zənginliyini ehtiva edən fotolar nümayiş etdirilib və sərgiyə təşrif buyuran qonaqların marağına səbəb olub.

Tədbirin sonunda ikitərəfli dostluq əlaqələrinin davamı olaraq Təbiətşünaslıq fakültəsi (Kimya şöbəsi) və BDU-nun Kimya fakültəsi arasında müqavilə imzalanıb.

Mətbuat və informasiya şöbəsi, 31 mart 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!