BDU ilə dünyanın bır sıra nüfuzlu ali təhsil ocaqları arasında Anlaşma memorandumları imzalanıb

01/11/2013

Bu gün “Four Seasons Hotel Baku” mehmanxanasında III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakı Dövlət Universiteti ilə dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri arasında Anlaşma memorandumları imzalanıb.

Memorandumları BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru Pyotr Kuxarçuk, Çex Respublikası Plaska Universitetinin rektoru Miroslav Maşlan, Ukrayna Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının rektoru Yuri Kovbasyuk, İtaliyanın Siena Universitetinin rektoru Angelo Riccaboni, Mərakeş Krallıgının Məhəmməd V Universitetinin rektoru Vail Benjelloun imzalayıblar.

Sənədlərdə tədqiqatçı aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak məsələləri nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 01 noyabr 2013-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!