BDU ilə Argentina və Bolqarıstan Universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

03/10/2012

Bu gün  Argentinanın Rosario Milli Universitetinin rektoru Dario Maiorana və Bolqarıstanın St.Kliment Orhidski Universitetinin rektoru İvan İliçev Dimitrov  Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən danışıb. Qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayan rektor bunun reallaşması istiqamətində universitetlər arası əməkdaşlığın önəmini xüsusilə qeyd edib.

Sonda Bakı Dövlət Universiteti və adıçəkilən universitetlər arasında ayrı-ayrılıqda əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan əməkdaşlıq müqaviləsi  iki qurum arasında tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsini, ikitərəfli birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. Qeyd edək ki,  qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində də olublar.

Mətbuat və İnformasiya Şöbəsi, 03 oktyabr  2012-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!