BDU hər iki şirkətin reytinqində birincidir

04/04/2017

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi və Media Consulting and Services şirkəti  2017-ci ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb.Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal, elektron vasitələrdə yayımlanan 1600 sayt, 12 televiziya  və  12 radio kanalı, sosial şəbəkələr daxildir. Media Təqib Mərkəzinin monitorinqinə əsasən, qəzet, jurnal, sayt, televiziya və radio kanallarında  Bakı Dövlət Universiteti liderliyini qoruyub.Media Consulting and Services şirkətinin mart ayı üzrə apardığı monitorinqin nəticələrinə görə Bakı Dövlət Universiteti ilk yerdə qərarlaşıb. BDU 1513 xəbərlə birincidir.

Sonrakı yerləri ADU, UNEC, ATU, BANM, AzTU, ADA, BSU, AU, ADPU tutub.

Mətbuat və informasiya şöbəsi, 04 aprel 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!