BDU Hüquq fakültəsi professorunun yeni kitabı işıq üzü görüb

18/12/2017

Hüquq fakültəsinin Elmi işlər üzrə dekan müavini, hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovanın “Cinayət hüququnun problemləri: cinayətlərin təsnifatı, cinayət məsuliyyətinin differensiasiyası və sanksiyaların quruluşu” adlı monoqrafiyası çapdan çıxıb. 9 fəsildən ibarət elmi əsərdə cinayət hüququnda cinayətlərin təsnifatının problemli məsələləri, cinayətlərin təsnifatı sahəsində Azərbaycan cinayət hüququnun inkişaf tarixi, cinayət məsuliyyətinin differensiasiyası, cinayət-hüquqi sanksiyalar, beynəlxalq və beynəlxalq xarakterli cinayətlərin təsnifatı və s. məsələlər işıqlandırılıb. Kitabın elmi redaktoru Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Firudin Səməndərovdur.

Mətbuat və informasiya şöbəsi, 18 dekabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!