BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Mahaçqalada qurultayda iştirak edib

26/10/2011

Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqala şəhərində Avrasiya Universitetləri Həmkarlar İttifaqları Assosiasiyasının 24-cü qurultayı keçirilib. Qurultayı Assosiasiyanın prezidenti, Moskva Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, professor İqor Kotlobovski açıb. Qurultayın işində Dağıstan Dövlət Universitetinin (DDU) rektoru Murtuzəli Rabadanov, Dağıstan hökumətinin sədri Məhəmməd Abdullayev, Dağıstan Həmkarlar İttifaqları Komitəsinin sədri Abdulla Məhəmmədov və digər rəsmi qonaqlar iştirak ediblər. Qurultayda müzakirə olunan əsas məsələ elm və təhsilin millətlərarası münaqişələrin və terrorizmin həllində rolu ilə bağlı olub.

Qurultayın işində Azərbaycan tərəfindən yalnız Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev iştirak edib. Avrasiya Universitetlərinin Həmkarlar İttifaqı Assosiasiyasının İdarə Heyətinin üzvü F.Şiriyev plenar iclasın əvvəlində «Avrasiya məkanında etnik qruplar, xalqlar və dinlərarası münaqişələrin aradan qaldırılmasında cəmiyyətin maarifləndirilmə prosesinin moderatoru olan ziyalıların rolu» məruzəsi ilə çıxış edib. Qurultay iştirakçıları tərəfindən böyük maraqla dinlənilən çıxışa bir neçə dəfə istinad olunub.

Səfər çərçivəsində Fikrət Şiriyev Dağıstan Dövlət Universitetinin 80 illiyi münasibətilə Mahaçqalanın Rus Dram Teatrında keçirilən təntənəli tədbirdə də iştirak edib. Tədbirə Dağıstan Respublikasının prezidenti Məhəmmədsalam Məhəmmədov və digər dövlət rəsmiləri də qatılıb. BDU-nun rektoru, akademik Abel Məhərrəmov adından təbrik nitqi ilə çıxış edən HİK sədri, dosent Fikrət Şiriyev universitetlərin cəmiyyət həyatında oynadığı roldan, DDU ilə BDU arasında əlaqələrin möhkəmlənməsindən və xalqlar arasında münasibətlərin daha da yaxşılaşmasında dövlət başçılarının əvəzsiz xidmətlərindən danışıb. F.Şiriyev qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BDU haqqında dediyi xoş sözləri müəyyən mənada DDU-ya da aid etmək olar: «Dağıstan Dövlət Universiteti Dağıstan xalqlarının milli sərvətidir. Bu sərvətə hələ uzun onilliklər xalqa şərəflə xidmət etməyi arzulayıram».

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!