BDU Gürcüstan Milli Elmlər Akademiyası ilə memorandum imzalayıb - VİDEO

25/11/2013

Bu gün Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) prezidenti Georgiy Kvesitadze və akademik-katibi Givi Tsintsadze Bakı Dövlət Universitetində olublar.

Qonaqlari salamlayan rektor, akademik Abel Məhərrəmov Azərbaycan-Gürcüstan arasında olan dostluq və tarixi qonşuluq münasibətlərindən bəhs edib. Rektor habelə qonaqlara universitet haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən və əsasən Gürcüstan universitetləri, dövlət, ictimai və elmi təşkilatları ilə əməkdaşlıqdan danışıb,  gürcü alimlərin Bakı Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü olmalarını xüsusilə qeyd edib.

Çıxış edən Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Georgiy Kvesitadze də öz növbəsində BDU ilə təmsil etdiyi qurumun əməkdaşlığında maraqlı olduğunu bildirib və rektor, akademik Abel Məhərrəmova GMEA-nın fəxri akademik diplomunun verildiyini elan edib və diplomu rektora təqdim edib. Qarşılıqlı maraq doguran görüşdə həmçinin, BDU və GMEA arasında əməkdaşlıq haqqında memorandum  imzalanıb.

Rektoru Abel Məhərrəmov GMEA-nın fəxri üzvü seçilməsinə görə prezident Georgiy Kvesitadzeyə təşəkkür edib, əməkdaşlıq sazişinin ölkələrimiz və müəssisələrimiz arasinda əlaqələrin daha da inkişaf etdirəcəyinə əminliyini ifadə edib.

Daha sonra universitetin professorları, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev çıxış edərək rektor akademik Abel Məhərrəmovu təbrik etdilər.

Qeyd edək ki,  tədbirdə universitetin professor-müəllim heyəti, AMEA-nın əməkdaşları, Qafqaz Universitetləri Birliyinin sədri, Ərdahan Universitetinin rektoru professor Ramazan Korkmaz da iştirak edib.

 

Mətbuat və İnformasiya Şöbəsi, 25 noyabr 2013-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!