BDU filoloqlarının elmi konfransda növbəti uğuru

03/04/2017

Bakı Slavyan Universitetində “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların Respublika elmi konfransı keçirilib. Konfransa  respublikanın 12 ali təhsil müəssisəsindən 220 tələbə qatılıb.

Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə baş tutan konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin 30 nəfər tələbə və magistrantı təmsil edib. Bunlardan 10 nəfəri Dilçilik, 20 nəfəri isə Ədəbiyyatşünaslıq bölməsi üzrə məruzə edib. Həmçinin BDU-nun Şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Könül Həsənova, Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov, dissertant Gülnar Axundova, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Ramil Bayramov bu elm tədbirində tələbələrə mənəvi dəstək olub, onların çıxışlarını dinləyiblər.

Konfransın plenar iclasında BDU adından Filologiya fakültəsinin I kurs tələbəsi, Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva çıxış edərək belə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə universitet rəhbərliyi, dekanlıq və tələbələr adından təşəkkürünü bildirib.

Konfransın yekununda bütün iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub. Ən uğurlu çıxışlarına görə fakültənin 10 nəfər tələbəsi BSU-nun rektoru, prof. Nurlana Əliyeva tərəfindən diploma layiq görülüb.


Mətbuat və informasiya şöbəsi, 03 aprel 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!