BDU filoloqları Bilkənd Universitetinin sertifikatı və məzun bukletinə layiq görülüblər

15/08/2016

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli, Türk filologiyası kafedrasının müəllimi, fəlsəfə doktoru Lamiyə Vaqifqızı, “Türkoloji Araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov, filologiya fakültəsinin tələbələri Nihat Mikayıllı, Nigar Ağayeva, Mərziyə Behbudova, Lalə Əliyeva, Nigar Cəfərzadə, Sevinc Həsənova, şərqşünaslıq fakültəsinin tələbələri Ayxan Məmmədov, Ziyafə Quliyeva, Nuriyyə Salamova, İnqilab Soltanov İhsan Doğramacı Bilkənd Universitetində “Türkiyə türkcəsinin tədrisi üzrə yay məktəbi”ndə olublar. Adıçəkilən universitetin “Region ölkələri üzrə kurs proqramları departamenti” tərəfindən artıq 22 ildir ki, təşkil edilən yay məktəbi türk dillərinin aktual məsələləri, dil və ədəbiyyatın tədrisi metodikası, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində təşkil edilir. Yay məktəbində Azərbaycanla yanaşı, Qazaxıstan, Kosova və İraq İslam Respublikasının müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla, ümumilikdə 70 müdavim iştirak edib.

Dərslər Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri tərəfindən aparılıb. İştirakçılara “Dilçiliyə giriş”, “Türk dilinin orfoqrafiya qaydaları”, “Türk dili və ədəbiyyatının tədrisi metodikası”, “Türk dilinin tarixi inkişafı”, “Ədəbi cərəyanlar”, “Şifahi xalq ədəbiyyatı” və s. dərslər tədris olunub. Kursların başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar test imtahanı verib. Tələbələr arasında Nigar Ağayeva və Mərziyə Behbudova ən yüksək balla qrup birincisi olublar. Tədbirin sonunda imtahandan keçmiş hər bir müdavimə Bilkənd Universitetinin sertifikatı və məzun bukleti təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 15 avqust 2016-cı il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!