BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib - VİDEO

23/09/2013

Sentyabrın 21-də Bakı Dövlət UniversitetininQubanın II Nügədi kəndindəki yeni tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın genişləndirilmiş iclası keçirilib.
Əvvəlcə toplantı iştirakçıları ümummilli lider Heydər Əliyevin mərkəzin foyesindəki büstü önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açıb. Bildirib ki, 5 mərtəbəli mərkəzin inşasına 2011-ci ilin sentyabrında başlanılıb, bu ilin sentyabrında başa çatdırılıb. Eyni zamanda 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin 17 fakültəsində təhsil alan 20 min tələbə müxtəlif tədris təcrübələri keçəcək, müəllim və tələbələrin istirahəti təşkil ediləcəkdir. Həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların keçirilməsi mümkündür. Bundan əlavə, mərkəzdə müxtəlif istiqamətlər üzrə laboratoriyalar təşkil olunmuşdur. Bütün bunlar müəllim və tələbələrin daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar yaradır.
Diqqətə çatdırılıb ki, Avropanın qabaqcıl universitetləri ilə rəqabət aparmaq istəyən və hazırda 86, o cümlədən 52 beynəlxalq proqram və qrant layihəsi həyata keçirən BDU-nun kollektivi yeni mərkəzin imkanlarından yararlanaraq bu layihələrin sayını daha da artırmaq, həmin mərkəzdə təhsil və elmi fəaliyyətlərə dair beynəlxalq tədbirlər keçirmək niyyətindədir.
200-ə yaxın elm adamının iştirak etdiyi iclasda ali təhsil sistemində islahatlar çərçivəsində tədris-təcrübə bazalarının rolu, mərkəzin strukturunun təsdiqi, fəaliyyəti və perspektivləri haqqında müzakirələr aparılıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın 2012/2013-cü tədris ilinin yay məktəbi və nəticələri haqqında məruzəsi elmi şuranın üzvləri tərəfindən yüksək qiymətləndirilb.
Elmi şurada universitetin bəzi işçilərinə elmi adlar verilib və digər cari məsələlər müzakirə olunub.

 

Mətbuat və informasiya şöbəsi, 23 sentyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!