BDU Elmi Şurasının bu tədris ilində son iclası keçirilib

13/07/2011

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edib, dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.

Tədris işləri üzrə prorektor, professor İradə Əliyeva 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının, dövlət imtahanlarının nəticələri, tədris təcrübələri barədə ətraflı məlumat verib. Məlum olub ki, tələbələr yay imtahan sessiyası və dövlət imtahanlarında uğurlu göstəricilər əldə ediblər. Çıxış edən Tədris hissəsinin müdiri İbad İbadov bəzi kafedraların birləşməsindən, kafedraların adlarında dəyişiklik edilməsindən bəhs edib.

Bundan başqa tədris ilinin yekunları üzrə «İlin müəllimi, «İlin kafedra müdiri», «İlin dekanı» müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülüblər. Elmi Şuranın iclasında YAP sədrinin müavini-İcra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov, deputatlar Bəxtiyar Əliyev, Jalə Əliyeva da iştirak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 13 iyul 2011-ci il.

(Material AzerTac, APA, SIA, Lent.az,  Modern.az, MIA, SalamNews, kafkaz.news.info, news.mail.ru, informasiya agentliklərində, xəbər portallarında  yayımlanıb -13 iyul 2011-ci il)

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!