BDU dosentinin monoqrafiyası Almaniyada çap olunub

17/05/2017

Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərovun "Vətəndaş camiyyətində birləşmək hüquq: keçmiş sovet ölkələri təcrübəsində" adlı monoqrafiyası Almaniyada cap olunub.

Təqdim olunan elmi monoqrafiyada vətəndaş cəmiyyəti kontekstində birləşmək hüququ problemi nəzərdən keçirilir, vətəndaş cəmiyyətinin başlıca təminatçısı rolunda çıxış edən hüquqi dövlət problemi ətrafında təhlillər aparılır. Nəzərə çatdırılır ki, ən sadə yanaşmaya əsasən hüquqi dövlət insanın təbii hüquqlarının tam sərbəst təcəssüm etdiyi bir cəmiyyətin əsasında mövcud olur.

Monoqrafiyada izah olunub ki, Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğu demokratik inkişafın başlıca xətti kimi müəyyənləşdirilib. Vətəndaş cəmiyyəti hüquqi dövlətin əsas əlaməti kimi qəbul olunur və onun inkişafının bütün zəruri şərtləri təmin olunmaqdadır. Bu baxımdan, həmçinin, birləşmək hüququnun normativ-hüquqi əsaslarının genişləndirilməsi və təkmilləşdirilməsi ciddi diqqət mərkəzindədir. Elmi monoqrafiyada Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğu kontekstində birləşmək hüququnun təmin olunması problemi ətrafında təhlillər aparılıb.

Mətbuat və informasiya şöbəsi, 17 may, 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!