BDU dünyanın 700 top universitetləri siyahısına daxil olub

12/09/2011

“QS World University Rankings-2011” reytinqinə görə Bakı Dövlət Universiteti (BDU) dünyanın 700 top universitetinin siyahısına daxil olub və 643-cu yerdə qərarlaşıb. Bu məqsədlə müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub. Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu  il daha 80 yeni universitet əlavə edilib. Onlardan 18-i Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən universitetlərdir. Qiymətləndirmə zamanə beş əsas göstərici nəzərə alınıb: tələbə və professorların nisbəti, tələbə və professor-müəllimlərin beynəlmiləlləşdirilmə səviyyəsi, sitat gətirmə indeksi, işəgötürənlər arasında nüfuzu və akademik nüfuzu.

Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20,000 ali məktəbin mövcud olduğu qeyd olunub. 700 top universitetlər siyahısına düşmək dünyada 4% təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.

Qeyd etmək lazımdır ki, “QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities,  Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.

Mənbə: QS World University Rankings 2011/12

Mətbuat və İnformasiya şöbəsi, 12 sentyabr 2011.

(Material Lent.az, AzadInform.az, Modern.az, Trend.az, AzerTac, SIA, 1News.az, SalamNews, Toda.az,100storon.ru, uaport.net, anspress.com, analitika.az, abc.az,  informasiya agentliklərində, xəbər portallarında və "Xalq qəzeti", "Yeni Azərbaycan", "Ekspress", "İki sahil", "Şərq", "Zerkalo",  "Nedelya" qəzetlərində də  yayımlanıb - 10-11 avqust 2011-ci il)

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!