BDU daha bir müqavilə imzaladı

06/05/2014

Bartin Universitetinin rektoru Ramazan Kaplan və rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib, BDU-nun Türkiyənin çoxsaylı universitetləri ilə əməkdaşlığından danışıb.

Qəbula görə təşəkkür edən Bartin Universitetinin rektoru, professsor Ramazan Kaplan rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında məlumat verib.

Görüşdə universitetlərarası əməkdaşlıq məsələləri müzakirə edilib və görüşün nəticəsi olaraq müqavilə imzalanıb.

Rektorlar – Abel Məhərrəmov və Ramazan Kaplan müqavilənin işlək olacağına və yaxın gələcəkdə hər iki universitetə fayda verəcəyinə əminilik ifadə ediblər.

Görüş hər iki universitetin fakültə dekanlarının iştirakı ilə davam edib.

Mətbuat və İnformasiya şöbəsi, 06 may, 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!