BDU daha bir dünya reytinq cədvəlində yer alıb

15/09/2015

Bakı Dövlət Universiteti dünya ali məktəblərinin nüfuzlu “QS World University Rankings 2015/2016” reytinq cədvəlində yer alıb. 701+ yerdə qərarlaşan universitet bu təşkilatın 2014-cü il reytinqində də yer almışdı. Reytinqin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır.

“QS World University Rankings 2015/2016” reytinqində ilk yerləri  Massaçusets Texnologiya İnstitutu (1-ci yer), Harvard (2-ci yer), Kembric və Stenford universitetləri (hər ikisi 3-cü yer) tutub. İlk beşliyə Kaliforniya Texnologiya İnstitutu yekun vurur.

Xatırladaq ki, bu tədris ili ərəfəsində "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında Round University Ranking tərəfindən hazırlanan reytinqində də BDU dünyanın 750 universiteti sırasında 656-cı yerdə qərarlaşmışdı. Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilən  Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitutnun (URAP) bu ilin iyun ayında açıladığı reytinqə görə də 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısına Azərbaycan universitetlərindən yalnız Bakı Dövlət Universiteti düşmüşdü.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!