BDU -da “Oklahoma Fancy Dancers" qrupunun iştirakı ilə tədbir keçirilib

13/03/2015

Bu gün Bakı Dövlət Universitetinin Böyük Akt zalında aborigen amerikalıların – hinduların rəqs ənənələrini nümayiş etdirən “Oklahoma Fancy Dancers" qrupunun iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət attaşesi Kelli Cullum açıb. Kelli Cullum vurğulayıb ki, bu tədbir azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan yaradacaq. Məşhur Amerika hinduları rəqs truppası olan  “Oklahoma Fancy Dancers" üz musiqisi, həkayələri və ritual rəqsləri ilə auditoriyada xoş təəssürat yaradıb.

Qeyd edək ki, bu tədbir Azərbaycanda keçirilən “Amerika günləri” festivalı çərçivəsində baş tutub. ABŞ-ın Corctaun Universitetinin professoru və keşişi, “Sərhədsiz Din xadimləri” beynəlxalq təşkilatının prezidenti, imam Yahya Hendinin bur neçə gün əvvəl BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Amerikada din, İslamda qadına münasibət mövzusunda çıxışı da “Amerika günləri” festivalı çərçivəsində baş tutmuşdu.

Mətbuat və İnformasiya şöbəsi, 13 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!