BDU bilik gününə necə hazırlaşıb? - VİDEO

15/09/2014

Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını əlamətdar tarix münasibətilə təbrik edib. Rektor yüksək balla daxil olan gənclərə tələbə biletləri, universitetin tarixini əks etdirən bukleti təqdim edib, xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın 3 rəngli bayraqları dövlət himninin sədaları altında yuxarı qaldırılıb.

Qeyd edək ki Bakı Dövlət Universitetində 18 min bakalvar, 2 min magistr və doktorant olmaqla 20 mindən çox tələbə təhsil alır.

Bu il universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 57 ixtisas üzrə 4269, magistratura pilləsinə 190 ixtisaslaşma üzrə 600, ingilis qruplarına 16 ixtisas üzrə 217, “SABAH” qruplarına 10 ixtisas üzrə 209 tələbə  daxil olub. 1-ci kurs tələbələrindən 3 nəfəri Prezident təqaüdünə layiq görülüb. 1-ci kurs bakalavrlardan 250 nəfəri 600-dən yuxarı bal toplayıb və onlardan  3 nəfəri Prezident təqaüdünə layiq görülüb.  Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır, ümumilikdə 10-dan çox xarici dil tədris olunur.

Bakı Dövlət Universiteti 200-dən çox xarici universitetlə əməkdaşlıq edir. Universitetlər arasında imzalanmış müqavilələrə, eyni zamanda, Erasmus-Mundos, Mövlanə proqramları, Koreya Fondunun dəstəyi və beynəlxalq qrantlar hesabına BDU əməkdaşları və tələbələri Çin, Koreya, Yaponiya, Türkiyə , Avropa ölkələri və Amerika Birləşmiş Şatlarında davamlı olaraq təcrübə keçirlər.

2012-ci ildə ali məktəblər arasında ilk dəfə Bakı Dövlət Universitetində bütün kateqoriyaları əhatə etməklə əmək haqlarına artım olub. Bu ilin əvvəlində isə professor-müəllim heyətinin və idarəetmənin daha da optimallaşdırılması məqsədilə struktur rəhbərlərinin maaşlarında müəyyən artımlar edilib. 600-dən çox əməkdaşa şamil olunan artım ümumilikdə 200 manatadək artırılıb. BDU-da professor-müəllim heyətinin əməkhaqqı minimum 520, maksimum 1300 manat təşkil edir. Orta aylıq əmək haqqı isə 800 manatdır.  Bundan əlavə, 90-dan artıq  beynəlxalq və yerli qrant layihələri ilə işləyən bir qrup əməkdaşın universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur. Bu tədris ilində universitetin maliyyə vəsaiti hesabına əməkhaqlarında differensasiya yolu ilə artım planlaşdırılır.

BDU nəzdində  fəaliyyət göstərən «Gənc istedadlar» indiyədək bitirən məzunların hamısı yerli və xarici universitetlərə daxil olublar.  Bu il liseyi bitirən 37 şagirddən 13 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan 2 nəfəri Prezident təqaüdünə, 3 nəfəri  qızıl medala layiq görülüb.

Hər il olduğu kimi, bu tədris ilində də BDU-nun bütün korpuslarında əsaslı təmir işləri aparılıb. «SABAH» qrupları üçün ayrılan auditoriyalar da daxil olmaqla əksər otaqlar müasir multimedia vasitələri ilə təmin olunub.

Yeni tədris ilində BDU-da ənənəvi olaraq bir neçə açılışlar edilib. Belə ki, şərqşünaslıq fakültəsində Elmi kitabxananın filialı, Fizika fakültəsində bir neçə elmi-tədqiqat və tədris laboratoriyaları, o cümlədən Biologiya fakültəsində botaniklər arasında «Qızıl fond» adlandırılan herbari fondu istifadəyə verilib. Fondda respublikanın heç bir universitet və elmi-tədqiqat institutlarından rast gəlinməyən bitki növləri saxlanılır.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2014-cü il


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!