BDU alt qruplarda ödənişi ləğv etdi

21/01/2016

Bakı Dövlət Universiteti Elmi Şurasının bu gün keçirilən iclasında 2016-cı ilin fevral ayından başlayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqqının BDU-nun daxili imkanları hesabına ödənilməsi məsələsi geniş müzakirə edilib. Müzakirələr zamanı çıxış edən alimlər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin bütün qurumların daha da səmərəli işləməsi, təşəbbüskarlığı, insanlar üçün bütün şəraiti yaratması haqda olan tapşırıqlarını əsas götürüblər. Sonda Elmi Şura üzvləri alt qruplarda təhsil alan tələbələrin ödənişdən azad olunması barədə yekdil qərar qəbul ediblər.

Mətbuat və informasiya şöbəsi, 21 yanvar 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!