BDU alimləri İsveçrədə dünyanın yaranma proseslərini və onu idarə edən qanunları araşdıracaqlar

06/03/2013

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsu ilə universitetin fizika fakültəsində yaradılmış alimlər qrupu CERN‐də (Avropanın Nüvə Tədqiqatları Mərkəzi, İsvecrə) keçirələcək NA61/SHINE təcrübəsində iştirak edəcək. Qrupa aşağıdakı üzvlər daxildir:

1.Professor Dr. Ramazanov Məhәmmәdәli (BDU-nun Fizika fakültəәsinin dekanı)

2.Dr. Rüstәmov Anar

3.Dr. Rәcәbov Mәmməd

4.Dr. Qocayev Məcid

Qrupa Almaniyanın Hote adına Frankfurt Universitetinin alimi dr.Anar Rustəmov rəhbərlik edir. NA61/SHİNE təcrübəsi CERN‐in super proton sinxrotronunda sürətləndilmiş proton, pion və müxtəlif nüvələrin hədəflə toqquşması zamanı yaranan zərrəciklərin xüsusiyyətlərini tədqiq etməklə dünyanın yaranma proseslərini və onu idarə edən fiziki qanunları kəşf etməklə məşğuldur. Hazırda təcrübədə 14 ölkədən 140 alim fəaliyyət gostərir. BDU-nun CERN təcrübəsində iştirakı Azərbaycan elminin dünyaya inteqrasiyasını sürətləndirəcəkdir.

BDU‐nun adı elmi məqalələrdə göstəriləcək, müasir standartlara cavab verən kadrlar yetişəcək, Azərbaycan alimləri ən müasir təhlil üsulları və cihazlarla işləyəcək, Azərbaycanda beynəlxalq konfranslar keciriləcəkdir.

Qrupun rəhbəri Dr. Anar Rustəmov 1998‐ci ildə BDU-nun Fizika fakültəsini fərqlənmə diploma ilə bitirib. 2002‐ci ildə Almaniya Federativ Respublikasının Darmştadt şəhərində yerləşən  Ağır İonların Tədqiqatı uzrə Elmi Tədqiqat İnstitutunda (GSİ) elmi iş aparmağa dəvət alıb və 2006‐ci ildə təbiət  elmləri doktoru dərəcəsi alıb.  Məqalələri “Physical Review Letters”,  “Physics Letters”,  “The European Physical Journal”, “Nuclear Physics”, “Nuclear Instruments and Methods in Physics Research” və s. jurnallarında  capdan cıxıb.

Mətbuat və İnformasiya şöbəsi, 06 mart 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!