BDU alimləri IX Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda

06/11/2017

Türkiyənin Malatya şəhərində İnönü Universitetinin təşkilatçılığı ilə IX Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu keçirilib. 11 ölkədən 300-dən artıq elm adamının qatıldığı tədbirdə türkologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib. Simpoziumda Bakı Dövlət Universitetini Filologiya fakültəsindən professor Zemfira Şahbazova, dosent Qızılgül Abdullayeva, dosent Gülxanım Vəliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Pərvin Eyvazov və Anar Fərəcov, Tarix fakültəsinin dosentləri Sevinc Qasımova, Mətanət Məmmədova, Elvira Lətifova və Arzu Məmmədova təmsil edib.

Alimlərimizdən dosent Elvira Lətifova simpoziumun təşkilat komitəsinin üzvü, professor Zemfira Şahbazova simpoziumda həm də bölmə rəhbəri kimi fəaliyyət göstərib. Bağlanış mərasimində azərbaycanlı alimlər adından dosent Qızılgül Abdullayeva, gənc tədqiqatçılar adından Pərvin Eyvazov çıxış edərək belə bir möhtəşəm tədbirin keçirilməsinə və yüksək qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər. Həmçinin bu müddət ərzində iştirakçıların Malatya şəhərinin tarixi və görməli yerləri ilə tanışlığı baş tutub.

Mətbuat və informasiya şöbəsi, 06 noyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!