BDU alimləri Çin Xalq Respublikasında səfərdə olublar

11/12/2013

Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, Konfutsi mərkəzinin  direktoru, dosent Oqtay Cəlilbəyli (BDU)  və dosent Xu Fenxua (Çin Xalq Respublikası tərəfdən) Çin Xalq Respublikasında səfərdə olublar. Səfər zamanı Anhoy Universitetində bir sıra görüşlər keçirilib, universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Belə ki, alimlər Anhoy universitetində bir il müddətinə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, Konfutsi İnstitutlarının Pekində keçirilən VIII Beynəlxalq konfransında iştirak edib, Han-Ban təşkilatının rəhbərləri ilə BDU-nun nəzdindəki Konfutsi İnstitutunun gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Qeyd edək ki, aparılan müzakirələr əsasında Konfutsi İnstitunun nəzdində linqafon kabinetlərinin təşkili və onların lazımi avadanlıqlarla təchiz edilməsi barədə razılıq əldə edilib.

Mətbuat və informasiya şöbəsi, 11 dekabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!