BDU alimləri Hacəttəpə Universitetində məruzə ediblər

13/06/2014

5-8 iyun 2014-cü il tarixlərində Türkiyənin Hacəttəpə Universitetində VI Beynəlxalq Təhsil Araşdırmaları Konfransı keçirilib. "Təhsildə şəffaflıq və məsuliyyət: Qlobal Təzyiqlər və Yerli Gerçəklik" adlanan konfrans Avropa Təhsil Araşdırmaları Birliyi, Dünya Təhsil Araşdırmaları Birliyi, University of Laquila, Beynəlxalq Keyfiyyət Araşdırmaları və Beynəlxalq Təhsilçilər Birliyinin dəstəyi ilə reallaşıb. Konfrans Demokratiya və İnsan Hüquqları Təhsili, Təhsil fəlsəfəsi, Təhsil siyasəti, Təhsil psixologiyasi, Təhsil sosiologiyasi, Təhsil tarixi, Təhsil texnologiyası, Təhsildə ölçülmə, qiymətləndirmə və s. sahələri əhatə edib. Konfransda universitetin əməkdaşları - Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova “Məktəbdə müəllim- şagird münasibətləri problemi”, həmin kafedranın dosent əvəzi Kəmalə Qəhrəmanova “Tələbələrin demokratik dəyərlərə münasibəti” mövzusunda məruzə ilə çıxış ediblər. Ekologiya fakültəsinin müəllimi Elmina Qədirli də konfransda iştirak edib.

Mətbuat və İnformasiya şöbəsi, 13 iyun 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!