BDU üç universitetlə əməkdaşlıq müqaviləsi imzaladı

07/12/2012

Bu gün Çin Xalq Respublikasının Sanjuan Universitetinin rektoru, professor Taşpulat Teyupu, Türkiyənin İqdır universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz və ABŞ-ın Tulane Universitetinin Hüquq fakültəsinin dekanı, professor David Meyerin başçılıq etdikləri nümayəndə heyətləri Bakı Dövlət Universitetində olublar. Qonaqları ayrı-ayrılıqdan qəbul edən rektor, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib. Rektor Sanjuan, İqdır və Tulane universitetləri ilə BDU arasında olan əməkdaşlıqdan danışıb. Qonaqlar da öz növbələrində rəhbərlik etdikləri təhsil ocaqlarından danışıb və BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar. Sonda hər üç  universitetlə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilələr tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar – Abel Məhərrəmov və xarici qonaqlar müqavilənin yaxın vaxtlarda nəticə verəcəyinə inandıqlarını qeyd ediblər. Mərasimindən sonra qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.

Görüşdə ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xon Cyuyin, ABŞ-ın Tulane Universitetinin Hüquq fakültəsinin professoru Herbert Larson, Amerika Hüquqşünaslar Assosiasiyasının Beynəlxalq Dəniz və Enerji hüququ proqramı üzrə koordinatoru Mari Tomson və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin Ədliyyə Müşaviri Erik Peterson da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: modern.az, ilk10.az, SİA, 525-ci qəzet, topnews.az.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!