BDU-95

01/09/2014

“Universitet bütün imkanların inkişaf etməsinə kömək edir”(Anton Pavloviç Çexov)

İnsan üçün evi qədər doğma bir yer hara ola bilər? Bu suala hər kəsin fərqli bir cavabı vardır. Çoxları arasında müsahibə aparsaq, bu suala fərqli cavablar veriləcək. Lakin mən isə düşünmədən belə cavab verərdim:  Bakı Dövlət Universiteti! Mənim doğma evim kimi qəbul etdiyim Bakı Dövlət Universitetindən!

1919-cu ildə Cənubi Qafqazda ictimai-siyasi vəziyyətin gərgin olduğu bir dövrdə yaradıla biləcək bir universitet yaradılması önəmli idi. Bu da Bakı Dövlət Universiteti oldu.1919-cu ilin mayından başlanan 3 aylıq müzakirələrdən sonra sentyabr ayının 1-də Azərbaycan parlamenti Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi.Sentyabr ayının 29-da Bakı Dövlət Universitetinin Nizamnaməsi qəbul edildi. Artıq gözləniləcək bir an yetişirdi. Noyabr ayının 15-i Bakı Dövlət Universitetində ilk dərslər başladı. Nəzdində 4 fakültə-tarix-filologiya, fizika-riyaziyyat, tibb, hüquq fakültələri ilə başlamalı olduğu halda 2 fakültə-tarix-filologiya, tibb fakültələri ilə fəaliyyətə başladı. Universitetin ilk rektoru, professor Razumovski Bakı Dövlət Universitetini "Avropa ilə Asiyanın qovşağında yanan bir məşəl" adlandırır,"Türk xalqının tarixinin yeni parlaq səhifəsi" sanırdı.1920-ci il aprel ayının 28-də Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin hakimiyyəti əllərinə keçirməsi Bakı Dövlət Universitetinin də tarixində çətin olaylarla zəngin bir səhifə açdı.Lakin Bakı Dövlət Universiteti bu kimi çətinliklərə davam gətirmiş,uzun illərin tarixi mübarizə sınağından şərəflə, alnıaçıq çıxmışdır.Görkəmli şəxsiyyətlər yetirmiş bu elm məbədgahı daim Azərbaycan xalqının qeyrət,namus mənbəyi olmuşdur.Elə bunun nəticəsi idi ki,Bakı Dövlət Universiteti hakimiyyət devrildiyi bir anda bolşevikləşmədi, əksinə bolşevikləşməyə qarşı fəal dayaq nöqtəsinə çevrildi.Demək olar ki,Bakı Dövlət Universiteti zamanla Azərbaycan dövlətinin flaqmanına çevrildi.

Universitetin inkişafında intibah mərhələsi Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır.Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetinə bir incəliklə yanaşmış, milli ruhunun qorunub saxlanılmasında əlindən gələni əsirgəməmişdi. Son illər isə Bakı Dövlət Universiteti özünün ən yüksək mərhələsinə yaşayır.

Bakı Dövlət Universitetinin maddi-texniki bazası möhkəmləndirilib,tədris korpusları və universitet şəhərciyi abadlaşdırılıb,müasir çap maşınları və texnologiyalarla təhciz olunmuş nəşriyyatı, Tədris Elektron Mərkəzi fəaliyyət göstərir.Bu və ya digər yeniliklər sayəsində universitet dünya dövlət universitetləri sırasına inteqrasiya edib onlar arasında layiqli yerini tutub.Çıxışlarının birində rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetini "Xalq Cümhuriyyətinin oğul yadigarı"adlandırmışdı.Düşünürəm ki, akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinə verdiyi belə bir dəyər onun Xalq Cümhuriyyəti ruhunda böyüyüb boya-başa çatmasıdır ki, Bakı Dövlət Universiteti bu gün hələ də Xalq Cümhuriyyəti tərbiyəsini qoruyub saxlayır.

Təbii ki,Bakı Dövlət Universitetinə verdiyi töhvələrinə görə rektorumuza-akademik Abel Məhərrəmova təşəkkür edirəm.Və onun sözlərinə bir əlavə olaraq arzu edirəm ki, yaşa, yarat oğul yadigarımız, sən bütün bunlara layiqsən Bakı Dövlət Universiteti! 95 ilin və bu dövrdə dərin iz qoyduğun tarixin münasibətilə səni təbrik edirəm..

Rövşən Tahir, Beynəlxalq münasibətlər və iqtisadiyyat, II kurs,

politoloq

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!