BDU-nun hüquq fakültəsinin professor-müəllim heyətinin BDU rektoru akademik A.M.Məhərrəmova müraciəti

17/09/2011

MÜRACİƏT

Çox hörmətli Abel müəllim!

Son zamanlar Bakı Dövlət Universitetində təhsilin keyfiyyətinin artırılmasına, tədrisin gücləndirilməsinə, beynəlxalq təlim metodlarının və innovasiyaların tətbiqinə yönəlmiş islahatlar cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilir. Bu islahatlar xüsusilə BDU-nun Hüquq fakültəsində surətlə aparılmış və fakültədə tamamilə yeni əhval-ruhiyyə yaratmışdır.

Sizin tərəfinizdən Hüquq fakültəsinin yeni rəhbərliyinin formalaşdırılması, yeni kafedra və klinikaların təşkil olunması, ingilis və alman dillərində tədris olunan yeni beynəlxalq səviyyəli magistratura ixtisaslaşma proqramlarının yaradılması hüquq cəmiyyəti və cəmiyyətimizin ayrı-ayrı təbəqələri tərəfindən razılıqla qəbul edilir. Hüquq fakültəsinə cəlb etdiyiniz xaricdə təhsil almış gənc kadrlar hüquq fakültəsinin cəmiyyətdə nüfuzunun artırılması, tədris prosesinin təkmilləşdirilməsi, XXI əsrin tələblərinə cavab verən hüquqşünas-kadrların yetişdirilməsi üçün böyük zəmin yaradır.

Sizin təşəbbüsünüz və rəhbərliyiniz altında Hüquq fakültəsində aparılmış ciddi təmir-tikinti işləri, maddi-texniki bazanın gücləndirilməsi, informasiya texnologiyalarının yeni növlərinin və beynəlxalq standartlara cavab verən müasir təlim texnologiyalarının hüquq fənlərinin tədrisində tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi islahatların yeni mərhələyə çıxması, dövlətin təhlükəsizliyi və qanunçuluğun təmin edilməsində xüsusi rolu olan hüquq-mühafizə orqanlarında çalışacaq yeni, layiqli, müasir düşüncəli kadrların formalaşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

Artıq bir neçə beynəlxalq təşkilatlar, xarici dövlətlərin səfirlikləri və hüquq sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eyni zamanda, dünyanın aparıcı universitetləri Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə əməkdaşlıq etməyə maraq göstərmişdir. Azərbaycan Respublikası ilə Avropa ölkələri arasında inteqrasiyanı gücləndirmək məqsədilə Bakı Dövlət Universiteti və Almaniyanın Vürsburq Universiteti ilə əməkdaşlıq nəticəsində Hüquq fakültəsində bu tədris ilindən başlayaraq “Avropa hüququ” üzrə yeni magistratura ixtisaslaşmasının açılması bunun bariz nümunəsi və Sizin Hüquq elminə olan növbəti töhfənizdir.

Hörmətli Abel müəllim!

Əminik ki, Sizin zəhmətiniz və innovativ addımlarınız nəticəsində bu islahatlar uğurla sona çatdırılacaqdır. Təmsil etdiyimiz bütün hüquq ictimaiyyəti, o cümlədən Hüquq fakültəsinin professor-müəllim heyəti adından Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla aparılan Azərbaycan Respublikasının hüquqi dövlətə çevrilməsinə yönəlmiş siyasətini dəstəkləmək məqsədilə tərəfinizdən hüquqi təhsilin keyfiyyətinin artırılması üçün aparılmış islahatlara görə Sizə təşəkkür edirik.

Müraciət Hüquq fakültəsinin Elmi Şurasının 12 sentyabr 2011-ci il tarixdə keçirilmiş iclasında yekdilliklə qəbul edilmişdir.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!