Tempus Proqramının 10 illiyi münasibətilə konfrans keçirilib

19/03/2008

Martın 18-də Təhsil Nazirliyi Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş direktorluğu ilə birlikdə Bakı Dövlət Universitetində (BDU) Tempus Proqramının 10 illiyi münasibətilə  "Tempus günü " mövzusunda konfrans keçirmişdir.
Ayrı-ayrı qurumların, o cümlədən ali təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və təhsil nazirinin müavini Elmar Qasımov ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini vurğulamışlar.
Avropa İttifaqının Tempus Proqramı çərçivəsində həyata keçirilən layihələrin elmin tərəqqisində, Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasında mühüm rolu olduğunu söyləyən natiqlər son 10 il ərzində 22-dək ali məktəbimizdə (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və s.) müvafiq layihələr üzrə uğurlu nəticələr əldə edildiyini, o cümlədən BDU-nun qrantlara layiq görüldüyünü bildirmişlər.
Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Alan Vaddams Azərbaycan-Avropa İttifaqı əməkdaşlığından bəhs edərək, Avropa İttifaqının Azərbaycanda ali təhsilin inkişafına kömək etməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Milli Tempus ofisinin əlaqələndiricisi Mahir Kazımov 1995-2006-cı illərdə bu Proqram çərçivəsində 27-dək fərdi səfərlərə, 24 layihəyə maliyyə dəstəyi verildiyini və müvafiq layihələrin ali təhsilin inkişafı ilə bağlı olduğunu söyləmişdir.
Sonra Tempus Proqramı çərçivəsində yeni layihə ilə bağlı müsabiqə qaydaları açıqlanmış, geniş müzakirələr aparılmışdır.
Konfransda BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayeva iştirak etmişdir.

“Azərbaycan” , “AzərTAc”, 19 mart 2008-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!