Bakı Dövlət Universitetinin yeni dekanları təsdiqləndi

24/04/2012

Jurnalistika, Tətbiqi riyaziyyat və kibernetika fakültələrində dekan seçkilərinin nəticələri məlum olub. Nəticələrə görə, Jurnalistika fakültəsinə dekan vəzifəsi üçün Mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üçün isə AMEA-nın müxbir üzvü Məhəmməd Mehdiyev təyin olunub.

Əvvəlcə sənədlər akademik Vasim Məmmədəliyevin sədrliyi ilə 15 nəfərdən ibarət komissiyaya təqdim olunub. Kafedralardan daxil olmuş səslərə əsasən, komissiya üzvləri adıçəkilən şəxslərin dekan vəzifəsini tutmasını yekdilliklə təsdiqləyiblər.

Qeyd edək ki, AMEA-nın müxbir üzvü, professor  Məhəmməd Mehdiyev artıq ikinici dəfədir ki Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan postunu tutur, filologiya elmləri doktoru, professor Şamil Vəliyev isə ilk dəfədir ki, bu vəzifəyə təyin olunur.

Xatırladaq ki ,“Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən, dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından 4 il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 24 aprel 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!