Bakı Dövlət Universitetinin Qazax filialında Novruz şənliyi keçirilib

27/03/2017

Bakı Dövlət Universitetinin Qazax filialında Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib. Şənlikdə filialın müəllim və tələbələri, idarə, müəssisə, təşkilat rəhbərləri və KİV nümayəndələri iştirak edib.

BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev tədbiri giriş sözü ilə açaraq müəllim və tələbələri xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, bizlər el bayramını əmin-amanlıq və bol ruzi ilə qeyd ediriksə, bu, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Novruz bayramı bizə babalarımızdan yadigar qalıb. Sovetlər dönəmində bu el bayramı gizli şəkildə evlərdə qeyd edilib. Müstəqillik qazanıldıqdan sonra ulu öndər Heydər Əliyev xalqın milli-mənəvi dəyərlərinin yaşadılmasının vacibliyini önə çəkib.

Bayram şənliyində çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün Azərbaycan xalqını, o cümlədən filialın müəllim və tələbə kollektivini Novruz bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizin paytaxtı və iri şəhərləri ilə yanaşı, ucqar rayonlarımız, kəndlərimiz də öz inkişaf dövrünü yaşayır. Bu gün respublikamızın hər bir bölgəsində yeni-yeni iş yerləri açılır, yollar salınır, məktəblər tikilir. Əhalinin rifah halı yaxşılaşır, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü olaraq, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da günü-gündən yüksələn inkişafı müşahidə edirik. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Qazax rayonunda da çoxsaylı dövlət proqramlarının, tapşırıq və tövsiyələrin davamlı olaraq yerinə yetirildiyinin şahidi oluruq.

Novruz şənliyində rəngarəng konsert proqramı təşkil olunub. Novruz şənliyində bayram münasibətilə açılmış süfrələri bayram təamları, səməni və şirniyyatlar bəzəyib.

Yüksək səviyyədə keçirilən bayram şənliyində musiqi sədaları altında pəhləvanların, müəllim və tələbələrin hazırladıqları müxtəlif idman nömrələri və rəngarəng əyləncəli səhnəciklər nümayiş etdirilib, bahara həsr olunmuş mahnılar ifa olunub.

Kosa və Keçəlin, Bahar qızın bir-birindən şən zarafatları, maraqlı çıxışları bayram şənliyinə daha bir rəng qatıb.

Novruz tonqalı ətrafında müəllim və tələbələr rəqs ediblər.
Elçin İSMAYIL

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!