BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi “Təbiət və səmərəli texnologiyalar” mövzusunda elmi-maarifləndirici tədbir keçirib

15/05/2012

15 may 2012 tarixində tələbələr üçün Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 2 hissəli elmi-maarifləndirici tədbir keçirilib.Tədbirdə açılış nitqi ilə çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın müəllim seminarın əhəmiyyətində geniş danışdı və ilk təqdimatı etmək üçün sözü  “Təbiət Elmləri” İctimai Birliyinin sədri Rövşən Əkbərova verib. Rövşən Əkbərov “Təbiət və texnologiya” mövzusunda çıxış edərək təbiətdəki texnologiyaların önəmini qeyd edib. “Təbiətdəki bütün canlılar təbiət dostudurlar, insan istisna olmaqla. Çünki təbiətdəki bütün canlıların molekul quruluşu yenidən istifadəyə istiqamətlənib. İnsan istehsalı olan texnologiya isə bu şəkildə deyil. Canlılar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istifadə olunur, eləcə də səssiz işləmə prinsipi, estetik, dözümlü və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edir.  Ona görə də alimlərin hal-hazırda əsas araşdırma sahələrindən biri təbiəti öyrənərək canlılardakı texnologiyaları təqlid etməyə istiqamətlənib”. Rövşən Əkbərov canlılardan nümuna götürülərək istehsal edilən az tullantılı texnoloji məhsullardan və canlılardakı yüksək texnologiyalardan konkret nümunələr göstərib.

Daha sonra “Həyatın mənşəyi: nəzəriyyələr və sübutlar” mövzusu ilə çıxışını davam edən Rövşən Əkbərov həyatın mənşəyi problemini izah etməyə çalışan təkamül nəzəriyyəsinin müasir dövrdə qarşılaşdığı problemlərdən danışıb. “Hüceyrə çox kompleks sistemlərdən təşkil olunub və bu sistemlər təsadüfən, mərhələ-mərhələ əmələ gələ bilməz. Hüceyrədən əlavə, bircə zülalın belə təsadüfən əmələ gəlmə ehtimalı sıfıra bərabərdir”- deyə mühazirəçi bildirib. Həmçinin təkamülün mexanizmlərinə toxunan Ramil Rüstəmov qeyd edib ki, təbii seçmə nəticəsində əldə olunan dəyişikliklər genlərə ötürülmür. Genlərdəki dəyişiklik sadəcə mutasiyalar vasitəsilə olur ki, mutasiyaların özü də birbaşa zərərlidir. Yəni təkamülü həyata keçirəcək mexanizmlər əslində işləmir.

Bundan başqa tədbirdə milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmadan dövrümüzə qədər gəlib çıxan fosillər (daşlaşmış heyvan və bitki qalıqları) nümayiş etdirilib.

Tədbir tələbələrlə açıq müzakirələrdən sonara yekunlaşdırılıb.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!