Bakı Dövlət Universitetinin dosenti Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

01/11/2016

Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzinə dörd aylıq müddətində elmi ezamiyyətdə olub. Ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilib.  Flora Hacıyeva ezamiyyət müddətində yüksək tezlikli elektromaqnit dalğalarını udan maqnit nanokompozitlərin kompleks xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırması məsələləri ilə məşğul olub.

Səfər çərçivəsində Matsumae Beynəlxalq Fondununun 20 ölkədən olan layihə qalibləri üçün Tokio şəhərinin Tokai Universitetində təşkil edilən görüşdə iştirak edən Flora Hacıyeva Bakı Dövlət Universitetində nanotexnologiyalar istiqamətində aparılan tədqiqat işləri ilə bağlı məruzə edib. Dosent Flora Hacıyeva elmi ezamiyyətin sonunda Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 01 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!