Bakı Dövlət Universitetində tyutor hazırlığının 6-ci mərhələsi başa çatıb

11/07/2014

Bu gün  Bakı Dövlət Universitetində növbəti tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatların təqdimetmə mərasimi keçirilib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 2008-ci ildən başlayaraq Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kurslarına başlanılıb. Rektorun sözlərindən məlum olub ki, əvvəlki buraxılışlarda, Bakı Dövlət Universiteti və respublikanın aparıcı ali təhsil ocaqları üçün tyutor hazırlanıb və Boloniya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə universitetlər üçün tyutor hazırlığı davam edir. Rektor onu da deyib ki, Respublika Təhsil Nazirinin ali təhsil müəssisələrinin rəhbərlərinə göndərdiyi 30 iyun 2013-cü il tarixli məktubu əsasında BDU-da digər aparıcı ali təhsil ocaqları və BDU üçün təşkil olunmuş tyutor hazırlığı kursları 1 noyabr 2013-cü il tarixindən 30 iyun 2014-cü il tarixinədək öz işini davam etdirərək 6-cı buraxılışını başa vurub. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən 32 nəfəri A-sertifikatına (qırmızı), 10 nəfəri B-sertifikatına (göy), iki nəfəri isə C-sertifikatına (dinlədi) layiq görülüb. Sertifikata layiq görülənlərin 25 nəfəri respublikanın digər ali məktəblərini təmsil edib. Kursun BDU-dan olan 19 nəfər iştirakçısının hər biri namizədlikləri irəli sürülmüş fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediləcəklər. Onu da qeyd edək ki, indiyədək tyutor kursunun 5 buraxılışını bitirmiş hər bir tyutor universitetdə işlə təmin olunublar.

Tədbirdə çıxış edən Təhsil nazirinin müşaviri İlham Pirəmmmədov tyutor hazırlığı kursları sahəsində Bakı Dövlət Universitetinin təcrübəsini xüsusi vurğulayıb və müdavimlərə uğurlar arzulayıb.

BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev indiyədək keçirilmiş tyutor hazırlığı kursu ilə bağlı təqdimat edib.

Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından Samirə Süleymanova, Əmək və Sosial Münasibətlər Akademiyasından Xaqani Məmmədov çıxış edərək yaradılmış şəraitə görə Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinə minnətdarlıq ediblər.

Mətbuat və informasiya şöbəsi, 11 iyul 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!