Bakı Dövlət Universitetində “İslam həmrəyliyi və tolerantlıq” mövzusunda tədbir keçirilib

30/03/2017

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçlığı ilə “İslam həmrəyliyi və tolerantlıq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, BDU-nun Kitabxanaçılıq-informasiya,Tarix, Şərqşünaslıq, Filologiya, Sosiologiya və psixologiya, Jurnalistika fakültəsinin tələbə və  müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən qayğı və diqqətdən söhbət açıb. Bildirib ki, dövlətin himayəsi ilə Azərbaycanda məscidlər təmir-bərpa edilməkdə, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilməkdədir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “İslam həmrəyliyi və tolerantlıq” adlı məruzə ilə çıxış edib. İslam həmrəyliyinin yüksək ictimai və mənəvi əhəmiyyətini vurğulayan natiq gənclərin düzgün dini maarifləndirilməsinin vacibliyinə toxunub.

Tədbirin sonunda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 30 mart 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!