Bakı Dövlət Universitetində Sinxua foto qalereyasının açılışı olub

24/11/2012

Azərbaycan və çin xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil edilən sərgini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, ÇXR-in Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Hong Jiuyin, Sinxua Xəbərlərlər Agentliyinin Asiya-Avropa Bürosunun redaksiya mərkəzinin rəhbəri xanım San Xua və “Azərtac”ın Baş Direktoru Aslan Aslanov açıblar.

Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov bu cür sərginin BDU-da açılmasını yalnız universitetin deyil, hər iki xalqın həyatında əlamətdar hadisə hesab edib.

Azərbaycan və çin xalqlarının yaxınlığından danışan rektor, onların oxşar yüksək mədəniyyətə, böyük tarixi köklərə malik olduqlarını qeyd edib. Akademik Abel Məhərrəmov bildirib ki, tarixlər boyunca xalqlarımız arasında olan əlaqələrin daha da inkişafında ən böyük uğur ümummilli lider Heydər Əliyev və çin xalqının göstərdiyi birgə səyləri nəticəsində əldə edilmişdir. Həmin siyasət bu gün respublika prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Tədbirdə Sinxua Xəbərlərlər Agentliyinin Asiya-Avropa Bürosunun redaksiya mərkəzinin rəhbəri xanım San Xua çıxış edərək Azərbaycan-Çin əlaqələrindən danışıb, sərginin təşkilinin əhəmiyyətini qeyd edib. Bildirib ki, qalereya Azərbaycan və Çin mədəni əlaqələrinin daha da intensivləşməsinə xüsusi töhfə verəcək.

Daha sonra “Azərtac”ın Baş Direktoru Aslan Aslanov çıxış edərək  bu tədbirin ölkələrarası informasiya mübadiləsinin də güclənməsində böyük rolu olacağını bildirib.

Açılış mərasimində ÇXR-in Azərbaycandakı səfirliyinin hərbi attaşesi cənab Liu Hun, ÇXR-in Azərbaycandakı səfirliyinin I katibi xanım Li Yunxuy, Sinxua Xəbərlərlər Agentliyinin Asiya-Avropa Bürosunun redaksiya mərkəzinin rəhbəri cənab San Xua, Sinxua Xəbərlərlər Agentliyinin Asiya-Avropa Bürosunun redaksiya mərkəzinin marketinq üzrə meneceri cənab Van Tsıbo və Sixua Xəbərlər Agentliyinin Asiya-Avropa Bürosunun Azərbaycan Respublikasındakı nümayəndəsi Liu Yan iştirak ediblər.

Qeyd edək ki, sərgi BDU nəzdindı fəaliyyət göstərən Konfutsi institutu,  Sinxua Xəbərlər Agentliyi və Çinin Anxoy universitetinin təşkilatçılığı ilə keçirilib.

Mətbuat və İnformasiya şöbəsi, 24 noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!