Bakı Dövlət Universitetində möhtəşəm məzun günü

30/06/2011

İyunun 29-da Bakı Dövlət Universitetində məzun günü keçirilib. Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib. Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor dövlət başçısının bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edib. Rektor üzünü tələbələrə tutaraq deyib ki, siz ulu öndərin məzunu olduğu universiteti bitirdiyinizə görə fəxr etməlisiniz. Bu il universitetin 4500-dək məzununu yola saldığını bildirən rektor, onlardan 700 nəfərinin fərqlənmə diplomuna layiq görüldüklərinin xüsusilə vurğulayıb. Sonra 17 fakültəsinin hər birindən iki nəfərə fərqlənmə diplomu təqdim edilib. Diplomları rektor Abel Məhərrəmov, Təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov təqdim ediblər. Sonra rektorun fərqlənmə diplomuna layiq görülən tələbələrin valideynlərinə ünvanladığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub. Tədbir konsert proqramı ilə davam edib. Məzunları Röya Ayxan, Nura, Brilliant Dadaşova, Elnur, Xəyyam, Kamil, Xatirə, Eldəniz və «Eurovision - 2011» mahnı müsabiqəsinin qalibləri Nigar və Elnur təbrik ediblər. Tədbirin rəsmi hissəsinin aparıcıları isə Jurnalistika və Sosial Elmlər və Psixologiya fakültəsinin məzunları – Məryəm Mehdiyeva və Fuad Bayramov olublar.

Mətbuat və İnformasiya şöbəsi, 30 iyun 2011-ci il.

(Material AzerTac, APA, SİA,Modern.az, Lent.az, SalamNews, Vesti.az, abc.az,  informasiya agentliklərində, xəbər portallarında və "Respublika", "Azərbaycan müəllimi", "525-ci qəzet", "CBN Extra" qəzetlərində  də yayımlanıb -30 iyun- 02 iyul 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!