Bakı Dövlət Universitetində “İLİN ƏN YAXŞI TƏLƏBƏSİ” müsabiqəsinin qalibləri mükafatlandırılıb

25/12/2010

Bu gün BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib.Mərasimi açıq elan etmək üçün söz Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova verilib.Rektor “İlin ən yaxşi tələbəsi” adını qazanmış tələbələri təbrik edərək onları bu fəxri ada daim sadiq qalmağı və daha böyük nailiyyətlər əldə etməyi arzulayıb. Sonra söz Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynova verilib. Belə müsabiqələrin keçirilməsinin faydasından danışan natiq qalibləri təbrik edib. Daha sonra, söz Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov və THİK-in sədr müavini Sahil Hacıyevə verilib. Onlar da öz növbələrində müsabiqə qaliblərini təbrik edərək THİK-in 2010-cu ildə sərgilədiyi fəaliyyət,həyata keçirilmiş tədbirlər və görülməli işlər haqqında məlumat veriblər.Sonda rektor Abel Məhərrəmov müsabiqə qalibi olmuş tələbələrə diplomlar təqdim edib.Mərasim konsert proqramı ilə yekunlaşıb.Sonda Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov tələbələr adından rektorumuz akademik Abel Məhərrəmova simvolik olaraq Azərbaycan Universitetlər donanmasının (eskadrasının) flaqmanı olan Bakı Dövlət Universitetinin sükanını təqdim edib və rektora cənab Admiral deyə müraciət edərək rəhbərlik etdiyi universitetlər donanmasına sakit dəniz və aydın səma arzu edib. Sözü gedən sürpriz hədiyyə rektor və iştirakçılar tərəfindən çox böyük maraqla qarşılanıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 25 dekabr 2010-cu il.
(Material AzərTAc, APA, Riyad Media, SİA informasiya agentliklərində də yayımlanıb – 25 dekabr 2010-cu il).

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!