Bakı Dövlət Universitetində “İlaxır çərşənbə” qeyd edilib

13/03/2017

Bakı Dövlət Universitetində İlaxır çərşənbə münasibəti ilə bayram  şənliyi təşkil edilib.  Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin təqdimatında keçirilən şənlik iştirakçılarını təbrik edən prorektor, professor İradə Əliyeva Novruz bayramının tarixindən, hər il xalqımız tərəfindən qeyd edilməsinin əhəmiyyətindən bəhs edib.

Tələbələrin hazırladıqları səhnəciklərdə Azərbaycanın müxtəlif  bölgələrində  Novruz  bayramının özünəməxsus qeyd olunması, adət-ənənələri nümayiş etdirilib. Daha sonra “Folklor” dərnəyinin üzvləri, Asəf Zeynallı adına musiqi kollecinin tələbələrinin təqdimatında muğam ifa edilib, şeirlər, türk xalqlarının dillərində Novruz təbrikləri səsləndirilib, klassik ədəbiyyatımızın görkəmli nümayəndələrini,  tarixi şəxsiyyətləri əks etdirən səhnəciklər göstərilib.

Qeyd edək ki, tədbirdə Həmkarlar Komitəsinin sədri Fikrət Şiriyev, Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor  Səhər Orucova və digər qonaqlar iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 14 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!