Bakı Dövlət Universitetində Çin mahnıları müsabiqəsi keçirilib

19/04/2014

Bu gün Bakı Dövlət Universitetində  bu ali məktəbdə Konfutsi İnstitutunun açılmasının üçüncü ildönümü və Konfutsi İnstitutunun yaradılmasının on illiyinə həsr olunmuş Çin mahnıları müsabiqəsi keçirilib.

Müsabiqənin açılışında BDU-nun prorektoru Aydın Kazımzadə, Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli və Çin tərəfdən direktoru Xu Fenxua ötən üç ildə institutun qazandığı uğurlardan danışıblar.  Natiqlər Çin dili mütəxəssislərinin hazırlanmasında və Çin-Azərbaycan münasibətlərinin möhkəmlənməsində institutun fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, Konfutsi İnstitutu Azərbaycanın bir çox ali məktəblərində, eləcə də Azərbaycan Dövlət Teleqraf Agentliyində -AzərTAc-da filiallarını açıb.

Konfutsi İnstitutunun tələbələri Çin xalq və estrada mahnılarını ifa ediblər.

Müsabiqə qaliblərinə diplom və hədiyyələr verilib.

Mətbuat və İnformasiya şöbəsi, 19 aprel 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!