Bakı Dövlət Universitetində "Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi keçirilmişdir

16/11/2009

Noyabrın 16-da Bakı Dövlət Universitetində (BDU)  "Heydər Əliyev məktəbi "nin növbəti məşğələsi keçirilmişdir.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında tarixi xidmətlərini vurğulamış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
1988-1992-ci illərdə ölkəmizin parçalanmaq, dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən rektor, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qaydışından sonra respublikamızın sürətli inkişaf yoluna çıxdığını xatırlatmışdır. Akademik A.Məhərrəmov ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasındakı müstəsna rolunu diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrini qeyd edən rektor ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin inkişaf etdiyini söyləmişdir.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov müdrik dövlət xadimi Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırlatmışdır.
F.İsmayılov ulu öndər Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini bildirmişdir. O, Yeni Azərbaycan Partiyasının inkişaf mərhələləri barədə məlumat vermişdir.
Bakı Dövlət Universitetinin prorektoru, Yeni Azərbaycan Partiyası BDU ilk təşkilatının sədri İsmayıl Əliyev YAP-ın cəmiyyətimizdəki böyük rolunu nəzərə çatdırmışdır.
Universitetin 250-dək əməkdaşı və tələbəsi Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuşdur.
Sonra tədbir iştirakçıları BDU-nun Heydər Əliyev Muzeyində olmuşlar.

“AzərTAc”, 16 noyabr 2009-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!