Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçiriləcək

19/04/2017

0-22 aprel 2017-ci il tarixində Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya), STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkə (Avstriya) və Roma Sapienza Universitetinin (İtaliya) birgə  təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan  və digər ölkələrin qabaqcıl universitetlərinin və elmi-tədqiqat institutlarının alimləri də iştirak edəcək.

Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Bioloji və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində çıxışlarla yanaşı stend məruzələr də keçiriləcək.

Konfransın nəticələrinə görə Azərbaycan və rus dillərində olan məqalələr “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan və məzmununa görə xüsusi fərqlənən bir sıra məqalələrin Thomson Reyters agentliyinin siyahısına daxil olan indekslənən jurnallarda çap olunması barədə müzakirələr aparılıb və ilkin razılaşma əldə edilib.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!