Bakı Dövlət Universitetində Dövlət Miqrasiya Xidməti tədbir keçirib

13/03/2017

Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə tədbiri keçirilib. BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova universitetin xarici müəllim və tələbələrin iştirak etdiyi tədbirin əhəmiyyətindən bəhs edib.

Sonra Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi, Baş Miqrasiya Xidməti müşaviri Vahid Qəhrəmanov ümumi miqrasiya xidməti haqqında məlumat verib. Daha sonra DMX əməkdaşları Dövlət Miqrasiya Xidmətinin yeni saytını təqdim edib, xarici müəllim və tələbələrin saytdan istifadə qaydaları və “AsanVisa” haqqında ətraflı məlumat veriblər.  Sonda iştirakçiların sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 13 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!