Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə Günü qeyd olunub

20/11/2009

Dünən Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Tələbə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edib. BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu, həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür. Rektor bu tədbirin ölkənin bütün ali məktəblərində təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb.Beynəlxalq Tələbə Gününün yaranma tarixindən söz açan rektorun sözlərinə görə, bu tarix 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunan Beynəlxalq Tələbələr Konqresində təsis edilib. Onun yaranması qanlı hadisələrlə bağlıdır: “Faciəvi hadisələr 28 oktyabr 1939-cu ildə, faşistlərin işğalı altında olan keçmiş Çexoslovakiyada baş verib. Respublika günü münasibəti ilə küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb”. Təhsil naziri Misir Mərdanov Azərbaycan dövlətinin tələbələrə göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin təhsillə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan nazir, müasir qloballaşma şəraitində təhsilimizin dünya təhsil sisteminə inteqrasiya olunduğunu qeyd edib. Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova təhsilin cəmiyyətin inkişafında böyük rolu olduğunu bildirib. O, tələbələri bu sahədə yüksək nailiyyətlər qazanmağa, vətənə, xalqa layiqli övlad olmağa çağırıb..

“525-ci qəzet” , “Azərbaycan müəllimi” 20 noyabr 2009-cu il.

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!