Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinə start verilib

19/12/2017

Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin açılış mərasimi keçirilib. Öncə Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev  çıxış edərək layihənin seçim mərhələsinə 100-dən çox tələbənin müraciət etdiyini, onlardan 30 nəfərinin iştirak hüququ qazandıqlarını bildirib.  Layihənin rəhbərlərindən biri olduğunu vurğulayan dekan 10 həftəlik təlimlərdə iştirak edəcək bütün tələbələr uğurlar arzulayıb.

Daha sonra layihənin digər rəhbərləri - Beynəlxalq Jurnalistika kafedrasının dosentləri Pərvanə İbrahimova və Vəfa İsgəndərova gələcək təlimlər barədə danışıblar. Məlum olub ki, “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsində beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və başqa mövzular üzrə yerli və xarici mütəxəssislər tərəfindən təlimlər keçiriləcək, praktik məşğələlər aparılacaq.

Layihənin ilk təlimçisi, Jurnalistika sahəsində 30 illik təcrübəyə malik Böyük Britaniyalı Dan Mason olub. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman Jurnalistikası” magistr proqramının direktoru olan Dan Mason onlayn, mobil, sosial media və multimedia kimi sahələrlə bağlı fikirlərini və təcrübəsini bölüşüb. O, tələbələrin praktik bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.

Qeyd edək ki, layihənin koordinatorları Beynəlxalq Jurnalistika kafedrasının doktorantı Nərminə Əsədova və magistrantı Nurlan Salamovdur. Layihə adıçəkilən kafedra və fakültənin Tədris-teleradio studiyasının təşkilati dəstəyi ilə baş tutub.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!