Avropa Birliyinin dəstəyi ilə BDU-da yeni mərkəz yaradılıb

08/05/2007

Bakı Dövlət Universitetində (BDU) Avropa Birliyinin dəstəyi ilə Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası, BDU və Almaniyanın IMC şirkəti tərəfindən birgə həyata keçirilən  "Cənubi Qafqazda e-Cəmiyyətlərin İnkişafı " layihəsi çərçivəsində  "Elektron Tədris Mərkəzi " yaradılmışdır.
Açılış mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov çıxış edərək ölkəmizin Prezidenti İlham Əliyevin təhsilimizin inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulamışlar.
Eyni zamanda, yeni açılan mərkəz haqqında ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, 260 min avro məbləğində avadanlıqla təmin olunan mərkəzdə müasir informasiya texnologiyaları vasitəsilə təhsil müəssisələrində tədris prosesi və təhsilin idarə olunması, həmçinin distant təhsil təşkil ediləcəkdir.
SİLKnet peykinə əsaslanan kommunikasiya şəbəkəsinə qoşularaq fəaliyyət göstərəcək mərkəzin xidmətlərindən ayrı-ayrı təhsil ocaqlarının müəllim və mütəxəssisləri də istifadə edəcəklər. Azərbaycanlı gənclər respublikamızda təhsil almaqla yanaşı, mərkəzin xidmətindən istifadə edərək həm də distant təhsil yolu ilə xarici ölkələrin universitetlərində təhsil almaq imkanlarına malik olacaqlar.
Digər natiqlər də mərkəzin təşkilində xidməti olanlara təşəkkürlərini bildirmiş, müəllim və tələbələrə təhsildə yeni nailiyyətlər arzulamışlar.
Sonra iştirakçılar mərkəzlə tanış olmuşlar.
Tədbirdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayeva iştirak etmişdir.

“Azərbaycan” qəzeti, 8 may 2007-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!